RegionTV.info xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, küçənin uzunluğu 476 metr, eni ortalama 8,4 metr təşkil edir. Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına zəruri yerlərdə yeni səki daşları düzülüb.
Küçə boyu 4 min kvadratmetrə yaxın əraziyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Daha sonra küçəyə üfüqi nişanlanma xətləri çəkilib.
Nərimanov rayonu üzrə təmir işləri hazırda 640 metr uzunluğa malik Əbdüləzəl Dəmirçizadə küçəsində də aparılır. Belə ki, küçədə frezlənmə və səki daşlarının düzülməsi işləri görülür.
Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir. Agentlik tərəfindən ötən il Nərimanov rayonu ərazisində ümumi uzunluğu 10,4 kilometr olan küçələr təmir edilib.