
RegionTV.info xəbər verir ki, Gürcüstan ərazisi Ermənistandan Rusiyaya və əksinə malların tranziti üçün yeganə dəhlizdir.
Gürcüstanın qanunvericilik bülleteni saytında dərc olunan məlumata görə, artıq tranzitlə yüklərin daşınmasının qiyməti 200-dən 350 lariyə (təqribən 114 manatdan 199,6 manata) yüksəlib. Rüsum həm tranzitlə keçən avtomobillərə, həm də yüklərin təkrar ixracına görə artırılıb.
Ölkənin Maliyyə Nazirliyi bildirib ki, əvvəlki tarif 2010-cu ildə tətbiq edilib və 12 il ərzində Gürcüstanda yolların infrastrukturu və keyfiyyəti xeyli yaxşılaşıb.