Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Ötən dövr göstərdi ki, Ümumilli lider inamında haqlı idi" - Aqil Məmmədov

RegionTV.info
1993-cü il 24 iyunda Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin ölkə prezidentinin səlahiyyətlərini icra etməyə başlaması müasir tariximizdə yeni birmərhələnin başlanğıcı oldu. Bu Azərbaycan üçün ölüm-qalım məsələsi idi. Xalqımızın müdrik seçimi ölkəmizi bu təhlükədən xilas etdi”.

Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, o zaman ölkədə yaranmış hakimiyyət böhranı ölkəni ciddi təhlükələrlə üz-üzə qoymuşdu: “1993-cü ilin 15 iyununda Heydər Əliyev xalqın  tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçilərkən çıxışında bildirmişdi ki, “heç kəsin  şübhəsi  olmasın ki, ömrümün  bundan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası,  bundan  sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir  dövlətin tərkibinə  daxil olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına  düşməyəcək. Ötən dövr və bu günlərimiz göstərdi ki, Ümumilli lider inamında haqlı idi”.

Millət vəkilinin sözlərinə görə o dövrdə H.Əliyevin prezidentin səlahiyyətlərini öz üzərinə götürməsi ciddi siyasi, strateji addım idi: “O dövrdə Heydər Əliyev Ali Sovetin sədri kimi də faktiki ölkəyə rəhbərlik edirdi. Lakin, hüquqi baxımdan ikihakimiyyətlik idarəetmədə bir sıra problemlər yaradırdı. Eyni zamanda, prezident özü öz səlahiyyətlərini icra etmək imkanından və ya, fikrindən uzaq idi. Belə bir şəraitdə H,Əliyevin prezident səlahiyyətlərini icra etməyə başlaması ölkənin gələcəyi üçün vacib hüquqi, siyasi addım oldu”.

A.Məmmədovun sözlərinə görə H.Əliyev qısa zamanda, ölkədə hakimiyyət böhranının qarşısının alınması, dövlət həyatının intensiv fəaliyyətinin təmin edilməsi, sabotajçı şəxslərin işdən uzaqlaşdırılması istiqamətində mühüm addımlar atıb. Separatçı meyllərin qarşısının alınması, döyüş bölgəsində vəziyyətin nəzarətə götürülməsi, xalqın dövlətə, hakimiyyətə, dövlət başçısına inamının yaradılması üçün tarixi tədbirlər həyata keçirilib. Bütün bunlar xalqımızın və dünyanın gözü qarşısında baş verib”.

Deputat qeyd edib ki, bu gün ölkəmizin əldə etdiyi uğurların, müharibədəki zəfərimizin əsasında H.Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması dayanır: “Məhz o gündən başlayaraq Azərbaycanda ciddi dövlət idarəetməsinin formalaşdırılması, iqtisadiyyatın inkişafı üçün ilkin addımların atılması, neft strategiyasının tətbiqi, ordu quruculuğu və digər sahələrdə tarixi addımlar, davamlı dövlət siyasəti 30 illik işğal faktının qarşısını aldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə güclü Azərbaycan dövləti öz ordusunun gücü ilə torpaqlarımızı işğaldan azad etdi. Heydər Əliyev Azərbaycanı bəlalardan qoruyan və daim qələbələrə aparan alternativsiz siyasət kimi yaşayacaq, inkişaf etdirləcək”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də