Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyada oynayan futbolçu Polşa millisindən kənarlaşdırılıb

Rusiyanın "Spartak" (Moskva) klubunun futbolçusu Matsey Rıbus Polşa millisindən kənarlaşdırılıb.

RegionTV.info xəbər verir ki, buna 33 yaşlı müdafiəçinin Moskva təmsilçisində çıxışını davam etdirməsi səbəb olub.

Yığmanın baş məşqçisi Çeslav Mixneviç komandanın son toplanışından sonra təcrübəli oyunçu ilə görüşərək, Ukraynadakı müharibə ilə bağlı yaranmış siyasi vəziyyətə görə ona qarşıdakı matçlarda dəvət göndərməyəcəyini bildirib. Rıbus həmçinin, bu il Qətərdə keçiriləcək dünya çempionatında da iştirak edə bilməyəcək.

Qeyd edək ki, Matsey Rıbus iyunun 11-də Moskva "Lokomotiv"ini "Spartak"a dəyişib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də