
RegionTV.info xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə "Axmat" komandası yaxından maraqlanır. Qroznı təmsilçisi təcrübəli oyunçunun transferi ilə bağlı danışıqlara başlayıb.
Futbolçunun Tula klubu ilə 2023-cü ilin yayınadək müqaviləsi var.
Qeyd edək ki, Ayaz Quliyevin atası 20 yaşında ikən Moskvaya köçüb. Quliyev Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış edib. O, U-21-də 22 görüşdə 3 qol vurub. Lakin əsas millidə hələ oynamayıb.