Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan bu il üçün səhiyyə xərclərini 80 mln manat azaldır

Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən, səhiyyə xərcləri 1 milyard 708,797 milyon manat səviyyəsində müəyyən edilib.

RegionTV.info xəbər verir ki, bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, təsdiq olunmuş büdcə proqnozu ilə müqayisədə 79,8 milyon manat və ya 4,5 % azdır.

Məlumata görə, yenilənmiş səhiyyə xərclərinin 1,804 milyon manatı (əvvəlki proqnozla müqayisədə 8,3 % və ya 139 min manat çox) poliklinikalar və ambulatoriyalara, 169,954 milyon manatı (1,2 milyon manat və ya 0,7 % az) xəstəxanalara, 2,591 milyon manatı (2 min manat və ya 0,08 % çox) səhiyyə sahəsində tətbiqi tədqiqatlarına, 1 milyard 534,449 milyon manatı (78,8 milyon manat və ya 4,9 % az) səhiyyə sahəsində proqramlar və digər xidmətlərə, 1 milyard 125,675 milyon manatı (dəyişməyib) isə əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üzrə nəzərdə tutulub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də