Ekvadorun dövlət neft şirkəti “Petroecuador” iğtişaşlarla müşayiət olunan hökumətəleyhinə kütləvi etirazlar səbəbindən neft və neft məhsullarının tədarük müqavilələri üzrə fors-major hal elan edib.
RegionTV.info xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.
“2022-ci il iyulun 13-ü başlanmış ümumxalq tətili nəticəsində nəqliyyatın hərəkəti üçün yaranan maneələr, dövlət mülkiyyətinə zərər vurulması və məhv edilməsi, platformalara gedən yolların bağlanması və quyuların ələ keçirilməsi karbohidrogenlərin hasilatı ilə bağlı əməliyyatların aparılmasına təsir göstərib”, - bəyanatda vurğulanır.
Xatırladaq ki, kütləvi etirazlar benzin qiymətlərinin aşağı salınması və artan cinayətkarlıq fonunda vətəndaşların təhlükəsizliyinin təmin edilməsi tələbi ilə keçirilir. Ekvador Prezidenti Gilyermo Lasso iyunun 17-si respublikanın 3 əyalətində fövqəladə vəziyyət elan edib.
Xəbəri paylaş