
RegionTV.info-nun məlumatına görə, bunu "Qarabağ"ın UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindəki rəqibi olan Polşa "Lex"inin yeni baş məşqçisi Con van den Brom klubun rəsmi saytına müsahibəsində deyib.
Niderlandlı mütəxəssis bildirib ki, ÇL-də mübarizə aparan komandaya rəhbərlik etmək onun üçün əla imkandır: "Bilirəm ki, futbolçular artıq məşqlərə başlayıblar. Vacib oyunlara hazırlaşmaq üçün vaxtımız var".
Qeyd edək ki, "Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.