Rusiya artıq NATO-nun tərəfdaşı deyil, sülh və təhlükəsizliyə təhdiddir.
RegionTV.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Biz Alyansın Madriddə keçiriləcək sammitində bəyan edəcəyik ki, Rusiya artıq tərəfdaş deyil, təhlükəsizliyimizə, eləcə də sülh və sabitliyə təhdiddir”, - o, NATO-nun yeni strategiyasının konsepsiyası ilə bağlı sualı cavablandırarkən vurğulayıb.
Baş katibin sözlərinə görə, yeni strateji konsepsiyada möhkəmlənməsi ittifaqın təhlükəsizliyinə, maraqlarına və dəyərlərinə problem yaradan Çindən də bəhs ediləcək.
Eyni zamanda o, NATO-nun blokun komandanlığı altında 40 min əsgər göndərərək öz müdafiəsini gücləndirdiyini vurğulayıb. Stoltenberqin sözlərinə görə, bu, Moskva üçün aydın siqnal olmalıdır.
NATO-nun sammiti iyunun 29-30-da keçiriləcək.
Xəbəri paylaş