Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bərdədə baş verən dəhşətli qətlin -TƏFƏRRÜATI/VİDEO

RegionTV.info
Bərdədə qonşusunu tüfənglə öldürən kişi daha sonra özünü güllələyib. Hadisənin onlar mübahisə etdikdən sonra baş verdiyi bildirilir.
 
Bərdə sakini qonşusunu qətlə yetirdikdən sonra intihar edib... hadisə bu gün rayonun Şatırlı kəndində baş verib.
 
Kənd sakini, 59 yaşlı   Namiq Hüseynov  qonşusu  34 yaşlı  Anar Hüseynovu kənara çagırıb və  orada mübahisə edib. Bu zaman Namiq  Anarı  güllələyib. Anar Hüseynov hadisə yerində ölüb. Daha sonra Namiq Hüseynov   təxminən  15 - 20 metr  aralıda  tüfənglə qəfil özünə atəş açıb. O da hadisə yerində ölüb.
 
Anarın valideynləri iddia edir ki, oğlu Namiqin bir qadınla münasibətdə olduğunu bilrmiş, ona görə o, Anarı güllələyib.
 
Valideynlərin bu iddiasına Namiq Hüseynovun ailəsindən münasibət öyrənmək istəsək də cavab bildirmədilər.  Dəqiq səbəblər hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan solnra bəlli olacaq. Hazırda faktla bağlı araşdırma aparılır.
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də