
Bakının Xətai rayonunda dava edən iki nəfərdən biri ağır xəsarət alıb.
İnsident “Əhmədli” metrostansiyasının yaxınlığında qeydə alınıb.
1982-ci il təvəllüdlü Məmmədov Tahir Maşallah oğlu tanıdığı şəxslə əlbəyaxa dava edərkən bıçaqlanıb. O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fakt hüquq-mühafizə orqanın əməkdaşları tərəfindən araşdırılır.