
RegionTV.info-nun məlumatına görə, hadisə Aşağı Kürkənd kəndində, Kür çayı üzərindəki körpünün üzərində qeydə alınıb.
Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində rayonun Cəngan kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Vüqar Qardaş oğlu və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) müxtəlif dərəcəli xəsarətlər alıb.
V.Məmmədov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, digər yaralının xəsarəti yüngül olduğundan ilk tibbi yardımdan imtina edib.
Faktla bağlı araşdırma aparılır.