
RegionTV.info xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə keçirdiyi görüşdə deyib.
"Biz İran vətəndaşları üçün 14 gün müddətinə vizasız rejim tətbiq edirik. Bu tədbir müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən işgüzar dairələrin nümayəndələri arasında əlaqələrin intensivləşdirilməsi, çoxlu sayda turistin cəlb edilməsi məqsədi daşıyır", - Tokayev bildirib.
Qeyd edək ki, Qazaxıstan lideri bu gün İrana rəsmi səfər edib.