Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Son sutkada Azərbaycanda neçə nəfər COVİD-19-a yoluxub?

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

RegionTV.info  xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata göre son sutkada xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 010 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 164 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 130 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 312, bu günə qədər isə ümumilikdə 6 938 655 test icra olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də