Dördotaqlı yaşayış ev yanaraq kül olub. Hadisə Bərdə rayonunda baş verib.
RegionTV.info xəbər verir ki, rayonun Alpout kəndində şəhid ailəsinə məxsus ev qəfil alovlanıb.
Kənd sakini Nazilə Zeynalovaya məxsus fərdi yaşayış evinin elektrik naqillərində baş vermiş qısaqapanma səbəbindən yandığı ehtimal edilir.
Yanğını söndürmək üçün hadisə yerinə yanğınsöndürənlər çağırılsa da, alovu ram etmək mümkün olmayıb. Hadisə zamanı ailəyə xeyli miqdarda ziyan dəyib.
Qeyd edək ki, ev sahibinin oğlu İlham Abdullayev Birinci Qarabağ müharibəsində Füzuli və Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olub.
Xəbəri paylaş