
RegionTV.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində söyləyib.
“Mən cənubdan qayıdıram - Nikolayev vilayətində ön xəttə, eləcə də Nikolayevin özündə, həmçinin Odessa vilayətində oldum. Müdafiəçilərimiz - hərbçilər, polislər, Milli Qvardiya, müdafiə qüvvələri ilə söhbət etdim. Onların əhval-ruhiyyəsi inamlıdır, hamısının qələbəmizə şübhəsi yoxdur. Biz cənubu heç kimə verməyəcəyik, bizim olan hər şeyi geri alacağıq və dəniz Ukraynanın olacaq - təhlükəsiz olacaq”, - dövlət başçısı vurğulayıb.