İspaniyanın Zamora əyalətindəki meşə yanğınları 20 min hektardan çox ərazini əhatə edib.
RegionTV.info xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo” qəzeti məlumat yayıb.
Yanğınsöndürənlər gecə boyu yanğını söndürmək üçün mübarizə aparıblar. Bununla belə, alov yayılmaqda davam edir.
Otero de Bodasın da əlavə olunduğu bir sıra yaşayış məntəqələrindən evakuasiya davam edir. Eyni zamanda, təhlükə artıq keçdiyi üçün sakinlər bir sıra digər yaşayış məntəqələrinə də qayıda biliblər.
Ötən gün Kastiliya və Leon muxtar icmasının səlahiyyətliləri ölkənin şimal-qərbində baş verən meşə yanğını ilə əlaqədar yeddi kəndin sakinlərinin təxliyə edildiyini açıqlayıb.
Son günlər İspaniyanın əksər hissəsində kəskin istilər hökm sürür. Nəticədə meteorologiya qurumu bəzi əyalətlərdə qırmızı xəbərdarlıq elan edib.
Xəbəri paylaş