Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
RegionTV.info xəbər verir ki, Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 792 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 151 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 118 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 189, bu günə qədər isə ümumilikdə 6 936 343 test icra olunub.
Xəbəri paylaş