Müdafiə nazirinin tapşırığına əsasən, bir qrup şəhid ailəsi və yaxınlarının N hərbi hissəsinə ziyarəti təşkil olunub.
RegionTV.info xəbər verir ki, barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Şəhidlərin ailə üzvləri və yaxınları hərbi qulluqçuların xidmət, həmçinin sosial-məişət şəraiti ilə tanış olublar.
Ziyarət çərçivəsində 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb.
Qeyd olunub ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulduğuna görə dövlətimizin başçısına və ordu rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda qonaqlar üçün hərbi hissədə nahar yeməyi təşkil olunub, xatirə şəkli çəkdirilib.
Xəbəri paylaş