Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.
RegionTV.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilir ki, yoxlama zamanı avtomobilin müxtəlif saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 1 200 ampul dərman preparatları aşkar edilib.
Xəbəri paylaş