Azərbaycan millisinin hücumçusu Renat Dadaşov istirahətə yollanıb.
RegionTV.info xəbər verir ki, idmançı dincəlmək üçün qardaş ölkə Türkiyəni seçib.
O, hazırda turistlərin ən çox üz tutuduğu turizm mərkəzlərindən biri olan Bodrumda istirahət edir. Renat bu haqda sosial şəbəkədə bildirib. İdmançı şəxsi instaqram hesabında istirahətindən görüntülər paylaşıb.
Renatın yanında sevgilisi də olub.
Qeyd edək ki, Renat Dadaşov UEFA Millətlər Liqasının 4-cü turunun Bakıda Belarusa qarşı keçirilən oyunundan (2:0) sonra Türkiyəyə gedib.
QALEREYA
Xəbəri paylaş