"İslam Həmrəyliyi Oyunları və Avropa çempionatının təsnifat mərhələsində uğurlu iştirak üçün iyundan təlim-məşq toplanışına başlamışıq. Bu yarışlara hazırlıq üçün iki aylıq planımız var".
RegionTV.info-nun məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Eldar Yusubov qarşıdakı yarışlara hazırlıq barədə federasiyasının rəsmi feysbuk səhifəsinə açıqlamasında deyib.
Mütəxəssis 17 gündür Bakıda məşq etdiklərini xatırladıb: "Bəzi oyunçularımız bu ayın sonunda bizə qoşulacaqlar. Plana uyğun olaraq, iyunun 25-dən iyulun 5-dək Mingəçevirdə təlim-məşq toplanışı keçəcəyik. Bu hazırlıqdan sonra yoxlama oyunlarında gücümüzü də yoxlamaq istəyirik".
O bildirib ki, hədəf hər iki yarışda uğurlu çıxış etməkdir: "İstəyirik ki, İslamiadadan vətənə medalla qayıdaq. Ardınca isə AVRO-2023-ə vəsiqə əldə etməyi qarşımıza məqsəd qoymuşuq. İnanıram ki, bunları bacaracağıq".
Xəbəri paylaş