
RegionTV.info xəbər verir ki, bu haqda ailənin yaxınları bildirib.
Qeyd edək ki, Həsən Həsənov 8 il öncə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərə yaxınlarının məzarını ziyarət etmək üçün gedərkən girov götürülüb.
Həsən Həsənov girov götürüldükdən bir neçə gün sonra ermənilər tərəfindən vəhşicəsinə öldürülüb. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixdə düşmən tərəfdən alınıb. Dilqəm Əsgərov və Şahbaz Quliyev isə Vətən müharibəsindən sonra erməni əsirliyindən azad edilib.