
RegionTV.info xəbər verir ki, bunu Zaqrebdə NATO-nun genişlənməsi mövzusunu şərh edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Xorvatiyalı həmkarı Qordan Qrliç-Radmanla birgə mətbuat konfransında Çavuşoğlu qeyd edib ki, Skandinaviya regionunda son anti-türkiyə təxribatları PKK-nın İsveçin siyasi gündəmini zəbt etdiyini təsdiqləyir.
“Terrorçular təkcə Türkiyəyə qarşı deyil, həm də İsveçin özünün milli maraqlarına zidd hərəkət edirlər”, - türkiyəli nazir bildirib.
O vurğulayıb ki, PKK və onun qolları İsveçin NATO-ya qəbul edilməməsi üçün hər şeyi edirlər.