
RegionTV.info xəbər verir ki, bu barədə Ukrayna lideri tviter hesabında bildirib.
"Avropa Komissiyası və Avropa Şurasının prezidentləri ilə dialoqu davam etdirdim. Ursula fon der Leyenə Avropa Komissiyasının Ukraynaya namizəd statusunun verilməsi ilə bağlı müsbət rəyinə görə təşəkkür etdim. Ukrayna avropayönlü islahatlar kursunu davam etdirəcək", - Zelenski tviter hesabında yazıb.
"Avropa Şurasının 23-24 iyun tarixlərində keçiriləcək tarixi iclası ərəfəsində Şarl Mişel ilə atılacaq addımları razılaşdırdıq. Ukraynanın Avropa gələcəyinə inandıqları üçün Aİ liderlərinə təşəkkür edirik", - Ukrayna Prezidenti digər paylaşımında qeyd edib.