26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının ictimaiyyət nümayədələri hərbi hissələrdə olublar, hərbçilərə mövsümi meyvələrdən sovqat aparıblar.
RegionTV.info xəbər verir ki, Babək Rayon İcra Hakimiyyəti kollektivinin bu münasibətlə hərbçilərlə keçirdiyi görüşdə çıxış edənlər bildiriblər ki, Naxçıvanda salınan meyvə bağlarından məhsulların toplanaraq əsgərlərə sovqat aparılması ənənəyə çevrilib.
Hərbçilər şəxsi heyət adından göstərilən diqqətə və gətirilən sovqata görə minnətdarlıq ediblər.
Sonra Babək rayonundakı meyvə bağlarından toplanan 2 tondan artıq ərik və alma hərbi hissəyə təhvil verilib.
Culfada rayonunda da hərbi hissəyə sovqat aparılıb. Görüşdə xalq-ordu birliyindən söz açılıb. Bildirilib ki, ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu xüsusi diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, ordu sıralarında qəhrəman oğullarımız daim ruh yüksəkliyi ilə Vətənə xidmət edirlər.
Görüşdə çıxış edən zabit və əsgərlər hərbi hissənin şəxsi heyəti adından minnətdarlıq ediblər.
Sonra Culfa rayonundakı meyvə bağlarından toplanmış 2 tona yaxın alma, ərik, göycə və gilənar hərbi hissəyə təhvil verilib.
Kəngərli rayonundakı hərbi hissəyə sovqat aparıb. Çıxış edənlər dövlət-xalq-ordu birliyinin möhkəmliyindən, Azərbaycan Ordusunun sarsılmaz rəşadətindən söz açıblar. Qeyd olunub ki, xalqımız bu birliyini Vətən müharibəsində bir daha sübüta yetirib.
Hərbi hissənin zabiti gətirilən sovqata və göstərilən diqqətə görə hərbi hissənin şəxsi heyəti adından minnətdarlıq edib.
2 500 kiloqram mövsümi meyvə hərbi hissəyə təhvil verilib.
Xəbəri paylaş