Bu il təkcə yeni koronavirus infeksiyası (“COVID-19”) ilə deyil, həm də dünyada “COVID-19”-dan daha sürətlə yayılan müsəlmanlara qarşı düşmənçilik virusu ilə mübarizə aparmaq məcburiyyətində qaldıq.
Moderator.az Türkiyənin “Sabah” nəşrinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü video-konfransla Amerika Müsəlmanları Dərnəyinin 23-cü illik konqresinin iştirakçılarına müraciətində söyləyib.
Türkiyə Prezidenti müsəlmanları fikir ayrılıqlarını kənara qoymağa və İslamın müqəddəs dəyərlərinə qarşı təhdid qarşısında birləşməyə çağırıb.
Türk liderinə görə, İslam və bəşəriyyət düşmənlərinin bu cür alçaq davranışlarının əsas səbəbi müsəlmanların öz aralarındakı ziddiyyətlərdir. Ərdoğan İslam dünyasındakı parçalanmanın yalnız iqtisadiyyat, siyasət, müdafiə və diplomatiya sahələrində deyil, həm də müsəlmanlar arasındakı münasibətlərdə özünü göstərdiyini vurğulayıb.
Sultan Laçın