Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə səfərə gələn Böyük Britaniyanın Baş naziri Boris Conson ilə görüşüb.
RegionTV.info xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin mətbuat xidməti məlumat yayıb.
Ukrayna dövlət başçısı qeyd edib ki, danışıqlar mümkün qədər məzmunlu və mühüm detallarla dolu olub.
“Biz cəbhə xəttində, dövlətimizin cənubunda mövcud vəziyyəti, Ukraynanı qorumaq imkanlarımızı ətraflı müzakirə etdik. Qələbəyə doğru necə irəliləmək barədə ümumi fikir var”, - Prezident vurğulayıb.
Zelenski Consona Ukraynanın silah ehtiyaclarını başa düşdüyünə görə təşəkkür edib.
“Bu gün əsas məsələ həm də Ukraynanın hava hücumundan müdafiəsini təmin etməkdir. Biz o istiqamətdə irəliləməyə başladıq. Rusiya raketləri xalqımız üçün, bütün Ukrayna ərazisi üçün təhlükə olaraq qalır. Rusiya ordusu tərəfindən raket zərbələrinin böyük əksəriyyəti sadə insanlara, mülki infrastruktura - yaşayış binalarına, məktəblərə, xəstəxanalara, universitetlərə, nəqliyyata endirilir”, - Ukrayna lideri qeyd edib.
Danışıqlar zamanı tərəflər Böyük Britaniyanın Ukraynanın maraqlarını irəli sürdüyü "Ramşteyn" formatında üçüncü görüşün nəticələrinə toxunublar.
Boris Conson əmin edib ki, ölkəsi bundan sonra da Ukraynanı silahla təmin etməyə, onlardan istifadə üçün hərbçilərin təlimini təşkil etməyə hazırdır.
20:01
Böyük Britaniya Ukrayna ordusu üçün genişmiqyaslı təlim proqramına başlamağı təklif edib.
RegionTV.info xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.
Proqram 10 minə qədər ukraynalı əsgərə təlimdən ibarətdir.
"Böyük Britaniya sizinlədir və qalib gələnə qədər sizinlə olacağıq", - Conson deyib.
19:11
Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə səfər edib.
RegionTV.info xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Bu, Consonun Ukraynada tammiqyaslı müharibə başlayandan indiyədək ikinci səfəridir.
O, apreldə Kiyevə səfər edən G7 ölkəsinin ilk lideri olub.
Xəbəri paylaş