
RegionTV.info-nun məlumatına görə, bunu "Zirə"nin yeni transferi Rəhim Sadıxov keçidi ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.
Azərbaycan millisinin 26 yaşlı yarımmüdafiəçisi bildirib ki, qarşıda onları çox məsul oyunlar gözləyir: "Əlimdən gələni edəcəyəm ki, həm özüm, həm də komandam uğur qazansın. Daha yaxşı nəticələr əldə etmək üçün var gücümlə çalışacağam".
Qeyd edək ki, "Zirə" Rəhim Sadıxovla 2 illik müqavilə imzalayıb.