"Bu günlərdə meymunçiçəyi virusu dünyaya hökm etməyə başlayıb. Artıq qonşu Gürcüstana qədər bu virus gəlib çatıb. Hazırda meymunçiçəyinin hansı həddə şiddətli olacağı, Gürcüstanda necə yayılacağı məlum deyil. Bu virusun ciddi şəkildə artmağa başlaması quru sərhədlərin qapalı qalacağını göstərir".
RegionTV.info xəbər verir ki, bu açılqmanı "ARB24"də yayımlanan "İş vaxtı"verilişində qonaq olan həkim Zakir Quliyev bildirib.
Ekspert əlavə edib ki, quru sərhədlərinin uzun müddət qapalı qalacağını düşünmür: "Maksimum iki həftə ərzində bu qərarlar qüvvəyə veriləcək".
Xəbəri paylaş