
RegionTV.info-nun məlumatına görə, bunu "Sabah"ın yeni transferi Namik Ələskərov klubun rəsmi saytına açıqlamasında deyib.
27 yaşlı futbolçu əsas hədəfinin ilk növbədə Premyer Liqada qarşıya qoyulan məqsədə çatmaq olduğunu bildirib: "bununla yanaşı, şəxsi göstəricilərimi də inkişaf etdirmək istəyirəm".
Azərbaycan millisinin yarımmüdafiəçisi "Sabah" azarkeşlərinə müraciət edib: "Onlara demək istəyirəm ki, oyunlarımıza gəlsinlər və bizi sonadək dəstəkləsinlər. Biz futbolçular da meydandakı oyunumuzla bunun qarşılığını verməyə çalışacağıq".
Qeyd edək ki, "Sabah" Namik Ələskərovla 3 illik müqavilə bağlayıb.