Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DTX-nin həbs etdiyi Müdafiə Nazirliyinin hərbçisinə hökm oxundu

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Sumqayıt şəhərində tutulan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin növbə rəisinə hökm oxunub.

RegionTV.info-nun  məlumatına görə, Sumqayıtda yerləşən hərbi hissələrin birində xidmət aparan, 1962-ci il təvəllüdlü Rəcəb Xəlilov naməlum mənbədən əldə etdiyi 100 qrama yaxın civəni 15 min manata satarkən tutulub. Ötən ilin oktyabrında keçirilmiş əməliyyat zamanı onunla birlikdə Sumqayıtda zərgər kimi fəaliyyət göstərən və civənin satışına vasitəçilik edən Vidadi adlı şəxs də həbs edilib.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddəsi ilə iş açılıb və 2021-ci il, oktyabrın 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs ediliblər.

Araşdırmalar zamanı məlum olub ki, hərbçi Vidadi adlı zərgərin ona kömək edə biləcəyini düşünüb. Daha sonra onlar birlikdə civəyə müştəri axtarıblar və şərti alıcıya həmin maddəni 15 min manata satmağa razılaşıblar. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki parkda müştəriyə civə satıldıqdan sonra onlar DTX əməkdaşları tərəfindən saxlanılıblar. Axtarış tədbirləri zamanı hərbçinin evindəki manometrin daxilində gizlədilmiş əlavə altı qram civə də müəyyən edilib.

Açılmış cinayət işinin materialları bir müddət əvvəl Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin 10 iyun 2022-ci il tarixli hökmü ilə Rəcəb Xəlilova dörd il, Vidadiyə isə dörd il altı ay müddətinə həbs cəzası verilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də