Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nazir müavini: “Cənubi Qafqazın üç ölkəsi regionun inkişafı üçün əməkdaşlıq etməlidir”

“Cənubi Qafqazın üç ölkəsi regionun sabitliyinə və inkişafına nail olmaq üçün əməkdaşlıq etməlidir”.

RegionTV.info xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya” adlı paneldə deyib.

“Münasibətlərin normallaşması yolu asan deyil və biz nəhayət, Ermənistandan daha ardıcıl yanaşma gözləyirik. Bizim bununla bağlı baxışımız odur ki, regionun inkişafına nail olmaq üçün üç ölkə əməkdaşlıq etməlidir. Əgər Ermənistanın təcavüzü olmasaydı, biz bunu çoxdan edərdik”, - nazir müavini bildirib.

E.Məmmədov Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsinin vacibliyini vurğulayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də