Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Fitch Ratings" Azərbaycanla bağlı dəqiq proqnozlara görə mükafatlara layiq görülüb

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan, Boliviya, İndoneziya, Koreya, Polşa və Qətər kimi müxtəlif bazarlar üzrə proqnozlarına görə "FocusEconomics 2022 Analyst Forecast Awards" çərçivəsində bir sıra mükafatlara layiq görülüb.

RegionTV.info xəbər verir ki, bu barədə "Fitch Ratings" məlumat yayıb.

Həmçinin bildirilir ki, qurumun analitikləri ÜDM artımı, inflyasiya və valyuta məzənnələri kimi göstəricilər üzrə bir çox ölkə üçün ən dəqiq proqnoz veriblər.

“FocusEconomics" mükafatlarındakı bu möhtəşəm nəticələr həm "Fitch Solutions", həm də "Fitch Ratings" üzrə iqtisadi proqnozlaşdırmamızın keyfiyyətinin daha bir sübutudur. Bu nəticə, qrupumuzun ümumi gücünü və bu proqnozları verən insanların yüksək səviyyəsini vurğulayır”, - “Fitch Solutions”unun Ölkə Risklərin Analizi üzrə rəhbəri Nik Morqan deyib.

Qeyd edək ki, illik təşkil edilən “FocusEconomics 2022 Analitik Proqnoz Mükafatları”nda “Fitch Solutions” və “Fitch Ratings” ümumilikdə 180 mükafat qazanıb. Bu isə “Fitch Group”un dünyanın ən dəqiq iqtisadi proqnozlaşdırıcılarından biri statusunu təsdiqləyib. Mükafatlar, hər il 100 ölkədə bir çox fərdi iqtisadi göstəricilər üçün dəqiqliyə görə ilk üç iqtisadi proqnozlaşdırıcını tanıdır.

Reytinq agentliyi 2021-ci ildəki ÜDM, inflyasiya, valyuta məzənnəsi, fiskal balans, cari hesab və ən yaxşı ümumi bazar proqnozu, həmçinin əmtəə qiymətləri ilə bağlı proqnozlar kateqoriyalarında mükafata layiq görqülüb. Ümumilikdə 350 qurum və 1 500-dən çox iqtisadçı hər ay öz proqnozlarını “FocusEconomics”ə təqdim edir.

Ümumilikdə, “Fitch Solutions” ve “Fitch Ratings” digər proqnozlaşdırıcılardan daha çox mükafat qazanıb. Belə ki, “Fitch Solutions”un “Ölkə Risk və Sənaye Araşdırmaları” komandası 116 bazar üçün ən yaxşı 3 proqnozlaşdırıcı mükafatını, eləcə də “Fitch Ratings”in analitikləri 65 bazar üçün ən yaxşı 3 proqnozlaşdırıcı mükafatını qazanıb.

Xatırladaq ki, “FocusEconomics” 1999-cu ildə yaradılıb. Qurum Afrika, Asiya, Avropa, Yaxın Şərq və Amerikanın 200 ölkəsi üçün iqtisadi təhlil və proqnozlarla yanaşı, 34 əsas mal (əmtəə) üçün qiymət proqnozları üzrə aparıcı təchizatçıdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də