Azərbaycan-Paraqvay parlamentlərarası işçi qrupuna yeni sədr seçilib.
RegionTV.info-nun xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərarda dəyişiklik edilməsi barədə qərar layihəsi parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Həmin vəzifəyə deputat Hikmət Məmmədovun namizədliyi irəli sürülüb.
Müzakirələrdən sonra qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Xəbəri paylaş