
RegionTV.info-nun məlumatına görə, hadisə aeroport yolunun Xəzər rayonu ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Cavadov Aqil Talıb oğlu və 1962-ci il təvəllüdlü Saramanov Əmiraslan Mövlud oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.