
RegionTV.info-nun məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. 2001-ci il təvəllüdlü Salmanov Sabir Rasim oğlu mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədənində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.