
RegionTV.info-nun məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1964-cü il təvəllüdlü Qayıbov Qayıb Ələkbər oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın çoxsaylı qəlpəli sınıqları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.