Gəncənin Azərbaycan bayrağı küçəsinin yolları bərbad vəziyyətdədir.
Söhbət "Ət Kombinatı zavodu" adlandırılan yaşayış massivindən gedir.
Sakinlərin sözlərinə görə,30 ildir ki, burada yaşayış olsa da yollar bərbad vəziyyətdədir. Həmçnin digər yerlərdən bura gətirilərək boşaldılan zibillər pis qoxu və ifunətə səbəb olur.
Qeyd edək ki, sözü gedən ərazi Gəncə çayı ətrafına da yaxındır və problemin tez həll olunmaması ekoloji tarazlığın pozulmasınada səbəb olur.
Günəşli havada toz, yağışlı havada isə palçığa görə keçilməz olan yollar günü-gündən daha da sıradan çıxır. Yağıntılı havada bu cür vəziyyətdən ən çox əziyyət çəkənlər isə məktəblilər olur.
Bu səbəblərdən dolayı əraziyə çağırılan operativ xidmət maşınlarının, taksilərin gəlişində problemlər yaranır.
Su ilə dolu olan çalalar və qatı palçıq avtomobillərin hərəkətində də çətinliklər yaradır. Gün ərzində əraziyə nabələd olan onlarla sürücü nəqliyyat vasitəsini bu bataqlıqlarda batırır.
Redaksiyamıza müraciət edən sakinlərin tək ümidi isə ölkə başçısı cənab İlham Əliyevdir. Bu səbəbdən də, ərazidə yaşayan sakinlər Prezidentə müraciə ünvanlayıblar.
RegionTV.info reportajın videosunu təqdim edir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının şöbə müdirinin müavini Azər İbrahimov "Regionun səsinə"ə deyib ki, Gəncə şəhərinin bir çox küçələri, o cümlədən İmamzadə Dini Kompleksindən Ş.İ.Xətai prospektinədək uzanan Azərbaycan bayrağı küçəsində yolların asfaltlanma işləri nəzərdə tutulub. Sözügedən küçə təmir-bərpa və asfalt örtüyü ilə təmin olunması üçün layihə hazırlanaraq müvafiq quruma təqdim olunub. Vəsait ayrıldıqdan sonra layihənin icrasına başlanacaqdır.
Xəbəri paylaş