
Avropa Parlamenti Şərqi Aralıq dənizindəki hadisələrdən sonra Avropa Birliyi (AB) ölkələrinə Türkiyəyə sanksiya tətbiq edilməsi ilə bağlı çağırış edib.
Avropa Parlamenti 10-11 dekabrda təşkil olunacaq toplantıda "Türkiyənin qeyri-qanuni əməllərinə qarşı hərəkətə keçilməsi və ciddi sanksiyaların tətbiqi" məsələsinin müzakirə olunmasını istəyib.
Məlumata görə, Türkiyənin Şimali Kiprdən öz qoşunlarını geri çəkməsi də tələb olunacaq.