"Rusiyanın Ukraynada törətdiklərinə görə bu dövlətə qarşı tətbiq edilən sanksiyaların maksimum effektivliyinə nail olmaq vacibdir”.
RegionTV.info xəbər verir ki, bunu Avropa Parlamentinin keçmiş üzvü, belçikalı siyasətçi Tom Vandenkendeler IX Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropa Parlamenti əvvəldən Ukraynadakı müharibə ilə bağlı aydın mövqe nümayiş etdirib.
“Bu, hibrid müharibənin bariz nümunəsidir və bu problemin həlli üçün addımlar atılmalıdır”, - o vurğulayıb.
Xəbəri paylaş