FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Türkiyədə işgüzar səfərdədir.
RegionTV.info-nun məlumatına görə, o, Türkiyə Futbol Federasiyasının (TFF) Növbədənkənar Seçki Konfransı və Maliyyə Baş Assambleyasında iştirak edir.
Konqresdə çıxış edən funksioner səfər çərçivəsində TFF-nin vitse-prezidenti, UEFA İcraiyyə Komitəsinin üzvü Servet Yardımçı və digər federasiya rəsmiləri ilə də görüşüb.
Qeyd edək ki, bu gün TFF-yə yeni prezident seçiləcək.
Xəbəri paylaş