Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Boris Conson: "Rusiyanın Ukraynaya hücumu qlobal sülh və təhlükəsizliyə qarşı hücumdur"

"Rusiyanın Ukraynaya hücumu qlobal sülh və təhlükəsizliyə qarşı hücumdur".

RegionTV.info xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson IX Qlobal Bakı Forumunun öz işinə başlaması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda yazıb.

"Rusiyanın Ukraynaya qeyri-qanuni və əsassız müdaxiləsini forumun əsas mövzusu etmək qərarınızı yüksək qiymətləndirirəm. Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı hücumu qlobal sülh və təhlükəsizliyə qarşı edilmiş bir hücumdur. Mariupol va Ukraynanın digər şəhərlərində sakinlərin vəhşicəsinə qətli və şəhərlərin tamamilə dağıdılması gələcəyə qorxulu mənzərə təqdim edir: beynəlxalq hüquqdan imtina və müstəqil dövlətlərin suverenliyinə hörmətsizlik. Rusiyanın davranışı təhlükəsizlik və dünyanın böyük hissəsi üçün uzunmüddətli nəticələrə səbəb olacaq - yalnız Putinin çirkin blokadasının qlobal ərzaq təhlükəsizliyinə olan təsirinə baxmaq kifayət edir. Biz Ukraynanın cəsur müdafiəçilərini silahlandırmaq, həyati humanitar və iqtisadi yardım göstərmək və Rusiyanın Ukraynadan çıxmasını təmin etmək üçün bu məsəlǝdə birlikdə hərəkət etməliyik”, - o məktubunda qeyd edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də