"Şuşa bəyannaməsinin imzalanmasından sonrakı müddət tək Qarabağda deyil, eləcə də bütün bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün çalışılıb".
RegionTV.info xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, sabiq daxili işlər naziri Efkan Ala Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bəyannamənin imzalanmasından sonrakı müddətdə görülən işlərlə bağlı heç bir ölkədən neqativ reaksiya alınmayıb: "Bəyannamə diplomotik nailiyyət olaraq tarixə keçib. Bu, bölgənin təhlükəsizlik və sabitliyə olan ehtiyacını sürətləndirəcək. Bəyannamədən sonra bölgədə bəzi hərəkətlilik başlayıb. Görüşlər davam edir. 6 ölkənin və rəhbərlərinin bir araya gəlməsi ilə hədəfə doğru gedəcək sabitliyə nail olmaq mümkün olacaq. Bəyannamənin müddəalarında qeyd olunan hədəflərə çatmaq üçün atılan hər addım bütün ölkənin qazanacaqlarını ortaya qoyub. Heç bir addım hər hansı ölkənin əleyhinə deyil, əksinə hər kəs öz üzərinə düşən müsbət payı götürür".
Xəbəri paylaş