Seyşel adalarında lövbər salmış İspaniya gəmisində baş verən partlayış nəticəsində ən azı iki dənizçi həlak olub.
RegionTV.info xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Bildirilib ki, “Albacora Cuatro” balıqçı gəmisi təmirdə olub. İlkin fərziyyələrə görə, partlayış ammonyak sızması sonucunda baş verə bilərdi.
İspan şirkətinə məxsus olan 88 metrlik gəmi 1974-cü ildə dənizə buraxılıb.
Xəbəri paylaş