Bu gün ailə həyatı quran Vətən müharibəsi qazisi Denis Quzlayevlə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyovaya mənzil təqdim olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov paylaşım edib.
“Onların şad günlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gənc ailəyə yeni mənzil təqdim edildi. Xoş günlər yaşasınlar!”, - qurum rəsmisi qeyd edib.
Toy mərasimində gənclərin doğmaları, yaxınları ilə yanaşı, müharibə veteranları və qazilər də iştirak edib.
Qeyd edək ki, Regina Kovaleva Azərbaycanın Rus İcmasının fəal üzvü olaraq qurumun Nizami rayon təşkilatının gənclər qrupuna rəhbərlik edir.
Denis Quzlayev Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Xocavənd istiqamətində gedən döyüşlər zamanı Denis ağır yaralanıb. O, bir neçə mürəkkəb əməliyyat keçirib, həkimlər Denizin dişləri və burnunu bərpa ediblər.
Denis Quzlayev “Füzulinin azad edilməsinə görə” medalı ilə təltif edilib.
Reginanın atası Yuri Kovalyov 1990-cı ilin sentyabrında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis (Polis) Dəstəsinə daxil olub, Goranboy, Xocavənd, Ağdam və digər bölgələrdə sücaətlə vuruşub, düşmənlər onun başına 100 min rubl pul qoyublar.
Yuri 1991-ci il oktyabrın 3-də Xocavənd rayonu ərazisində pusquya düşüb, axıracan vuruşub və qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 6-da Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır.