
RegionTV.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, beş həftəlik azalmadan sonra həftədə qeydə alınan ölümlərin sayı iyunun 6-12-də yenidən artıb. Əvvəlki həftə ilə müqayisədə (30 may - 5 iyun) dünyada koronavirusdan ölüm halları 4 % artıb, yoluxma hallarının sayı isə eyni səviyyədə qalıb: 3 250 433 infeksiyaya yoluxub və 8 737 ölüm faktı qeydə alınıb.
Əvvəlki həftə ilə müqayisədə yoluxanların sayında ən ciddi azalma Avropa və Qərbi Sakit okean regionunda (8 %) qeydə alınıb. Bununla belə, Şərqi Aralıq dənizi bölgəsi (58 %) və Cənub-Şərqi Asiyada (33 %) yoluxmalar nəzərəçarpacaq dərəcədə artıb. Amerikada (21 %) və Qərbi Sakit Okean regionunda (17 %) ölüm halında əhəmiyyətli artım qeydə alınıb.