O, qondarma “parlament”in bu Azərbaycan şəhərinə köçürülməsi barədə verdiyi təklifin 2022-ci ilədək icra ediləcəyini bildirib...
Müstəqil(!) Azərbaycan Respublikasının 30 ilə yaxındır işğal altında qalan 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejimin üzdəniraq rəhbəri Araik Arutyunyan “prezident” iqamətgahının Şuşaya köçürülə biləcəyini bəyan edib.
Moderator.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.
Dünən – avqustun 11-də qondarma rejimin qanunsuz “qanunverici orqanı”nın qanunsuz “hökumət” nümayəndələrinin iştirakı ilə keçirilmiş növbədənkənar iclasında çıxış edən A. Arutyunyan mayın 9-dakı andiçmə mərasimi zamanı qondarma “parlament”in Şuşa şəhərinə köçürülməsi barədə verdiyi təklifin 2022-ci ilə qədər nəzərdən keçiriləcəyi və icra ediləcəyini bildirib. Separatçı başçı qanunsuz “prezident” iqamətgahının da Xankəndindən Şuşaya köçürülə biləcəyini vurğulayıb.