
RegionTV.info-nun məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində, Şəmkir rayon sakinləri, 1989-cu il təvəllüdlü T.Qəhramanov, onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü D.Qəhrəmanov onların övladları, 2018-ci il təvəllüdlü İ.Qəhramanlı, 2013-cü il təvəllüdü A.Qəhramanlı və 2012-ci il təvəllüdlü A.Qəhramanlı həmçinin digər avtomobildə olan, Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü R.Abdullayev xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.