
RegionTV.info-nun məlumatına görə, bu barədə milli komandanın baş məşqçisi Elşad Quliyev açıqlama verib.
O bildirib ki, artıq bu məsələ ilə bağlı rəsmi müraciət olunub: "Hələ Avropa çempionatından öncə təklifimizi irəli sürmüşük. Növbəti turniri Azərbaycana salmaq fikirləri var idi. Amma yeganə namizəd bizim ölkə deyil".
Mütəxəssisin sözlərinə görə, 2024-cü il Avropa çempionatı Bakıda təşkil edilsə, yaxşı olar: "Azarkeşlərimiz orada necə səviyyəli futbolçuların çıxış etdiyini görərdi. Biz verilsə, sevinərdim. Çox möhtəşəm turnirdir".